64
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
Çox keçmədən başqa bir türk sülaləsi- Səlcuqluların meydana çıxması Asiyanın müsəlman hissəsində ciddi siyasi dəyişikliklərə səbəb oldu. Səlcuqluların böyük sultanı Məlikşah (1072-1092) 1082-ci ildə Mavəraünnəhri zəbt edərək Üzkənd şəhərinə (Fərqanə vadisi) daxil oldu. Şərqi Qaraxanlı hökmdarı Həsən xan onun hakimiyyətini tanıdı və Qaraxanlılar Səlcuqluların vassalına çevrildi. 1141-ci ildə Səmərqənd yaxınlığında Katvan səhrasında Səlcuqlularla Qaraxanlıların birləşmiş orduları qarakitaylarla döyüşdə məğlub oldu. Beləliklə, Qaraxanlılar dövlətinin şərq hissəsi qarakitayların təbəəliyinə keçdi. Qarakitaylar Balasaqun şəhərini paytaxt edərək Cunqariya və Yeddisu bölgələrini nəzarət altına aldılar.
Qaraxanlılar dövlətin idarə edilməsində qədim türk adətləri ilə bərabər, müsəlman adət-ənənələrini tətbiq edirdilər. Onların istifadə etdikləri titullar və inzibati idarəçilik üsulları