60
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
orduları məğlub edilmişdi. Beləliklə, Mərkəzi Asiyada islam dininin yayılması sürətlənmiş, Çinin Mərkəzi Asiyadakı nüfuzu isə zəifləmişdi. Əvvəlcə Xorasan, Mavəraünnəhr və Yeddisudakı türk tayfaları müsəlmanlığı qəbul etmişdilər. Daha sonra Xəzər və İdil Bulqar xaqanlıqları ərazilərindəki türklər arasında islam dini sürətlə yayılmağa başladı.
İslam dininin tolerant və universal bir din olması çox hissəsi tək Tanrıya inanan türklərin müsəlmanlığı qəbul etməsini asanlaşdırırdı. Xüsusilə müsəlman tacir, elçi və din alimlərinin Mərkəzi Asiya çöllərinə gedib türklər arasında islam dinini yaymalarının da böyük təsiri olmuşdu.
Oğuz Yabqu dövləti qədim türk tayfalarının VIII əsrin ikinci yarısı -IX əsrin sonu arasında yaratdığı siyasi birlikdir.
Qədim türk xaqanlıqları dövründə, əsasən, Monqolustanda yaşayan Oğuz türkləri VII-VIII əsrlərdə qərbə doğru irəliləyərək Sırdəryanın orta və aşağı hövzələrində (Aral gölü ətrafı), Xarəzm və Xorasan bölgələrində məskunlaşmağa başlamışlar. Sırdəryanın orta hövzələrində VIII-IX əsrlərdə Oğuz Yabqu