TÜRK XAQANLIQLARI
57
Şək. 3.18. Əcnəbi səfirləri qarşılayan türk zadəganları.
Divar rəsmləri. Əfrasiyab (Səmərqənd), Özbəkistan
ların qoruyucusu, bolluq və bərəkət rəmzi sayılırdı. Bununla bərabər, Amudərya və Sırdəryaarası ərazilərdə və Yeddisu bölgələrində yaşayan türklər arasında zərdüştilik dini də yayılmışdı. Şimali Hindistan və Şərqi Türküstandakı türklərin etiqad etdiyi dinlər arasında buddizm dini Monqolustan və Altaylara qədər yayılmışdı.
IX əsrin əvvəllərində Uyğur xaqanlığının manilik dinini dövlət dini kimi qəbul etməsi nəticəsində bu din Mərkəzi Asiyadan Sibirə və Uzaq Şərqə qədər ərazilərə yayıldı.
Bu dövrdə təsviri incəsənət yüksək inkişaf etmişdi. Türk hökmdarları öz saraylarının divarlarını saray həyatı, dini ayinlər, əyləncə, ov və müharibə səhnələrini əks etdirən təsvirlərlə bəzəyirdilər. Əfrasiyab (Səmərqənd), Varahşa (Buxara), Pəncikənd (Tacikistan), Bəzəklik, Qızıl, Minq-üy (Şərqi Türküstan) kimi şəhərlərin saray və dini ibadətxanalarını buna nümunə göstərmək olar.
Bu təsvirlərdə türklər, soqdilər, hindlilər, çinlilər və digər xalqların bir arada olması onların qarşılıqlı mədəni əlaqələrindən xəbər verir.