TÜRK XAQANLIQLARI
45
Xəzər mədəniyyəti rus və macar xalqlarının mədəniyyətinə təsir göstərmişdi.
Dövrümüzdə arxeoloqlar Şimali Qafqazda, o cümlədən Kuban və Don çaylarının hövzələrində qədim şəhərlərin xarabalıqlarından türk maddi mədəniyyət nümunələri tapmışlar. Bunlar Göytürk və xüsusən də Xəzər xaqanlığı dövrünə aid, üzərində türk-run yazıları olan saxsı və metal məmulatlar, daş heykəllər, qızıl və gümüşdən düzəldilmiş müxtəlif sənət əsərləridir. Həmin dövrün canlı izləri qaraçaylılar, balkarlar, qumuqların və Şimali Qafqazın digər türk xalqlarının mədəniyyətində bu günə kimi qalmaqdadır. Qaraçaylılar və balkarlar arasında islamaqədərki dövrün inanclarına aid Teyri (Tenqri) və Umay Ene (qədim türk ilahəsi Umay) haqqında rəvayətlərin olması buna parlaq sübutdur.
Bu dövlət Qərbi Göytürk xaqanlığının davamçısı kimi meydana gəlmiş və 699-766-cı illərdə mövcud olmuşdur. Əsası On ox tayfa birliyinə daxil olan Türkeş tayfasına mənsub Uçele (Yüzlüg) xaqan (699-705) tərəfindən qoyulmuşdur. Türkeş xaqanlığının paytaxtı Suyab şəhəri olmuşdur. Xaqanlığın sərhədlərinə Yeddisu və onun ətrafları daxil idi. Ən məşhur hökmdarı Sulu xaqan (715-738) olmuşdur. Xaqanlıq əvvəllər