TÜRK XAQANLIQLARI
39
Yeddisu olan Qərbi Göytürk xaqanlığı kimi iki qanaddan idarə olunurdu.
Bumın xaqanın varisləri Cənubi Sibir, Monqolustan, Uzaq Şərq və Şimali Çini Şərq Göytürkləri adı altında idarə edirdi.
Orxon çayının vadisində, qədim türklərin müqəddəs saydıqları Ötükən vilayətində Tonyukuk, Bilgə xaqan və Kül tiginin türk xalqına (Türk Bodun) müraciəti həkk olunmuş çoxlu daşlar (bitikdaş) qoyulub. Bu daşların üzərindəki yazılarda vurğulanır ki, ayrı-ayrı türk tayfaları öz birliklərini qorumalıdırlar, onlar yalnız bu birlik sayəsində Bengü ili (Əbədi eli) qoruyub saxlayacaq və millət kimi var ola biləcəklər.
Xaqanlığın Altay dağlarından Qara dənizin şimal sahillərinə, Yayikdən (Ural) və İdildən (Volqa) Şimali Hindistana qədər olan hissəsini isə İstəmi yabqunun nəsilləri Qərb Göytürkləri adı altında idarə edirdi. Dövlət Yeddisu bölgəsindəki on türk soyunun birliyindən yarandığına görə Qərbi Göytürk xaqanlığı rəsmi olaraq On ok (On ox) adlandırılmışdı.
Qərbi Göytürk xaqanlığı Çaç (Daşkənd) bölgəsində özünün tunc pullarını zərb etdirmişdi. Bu pulların üzərində soqdi yazısı ilə Türk xaqan (etno-sivasi ad), Tardu xaqan, Tun cabqu-xaqan kimi hökmdar adları və cabqu, cabqu-xaqan və xaqan titulları yazılmışdır.
Göytürklər Çinin Suy və Tan sülalələri, Bizans imperiyası və Sasanilər kimi o dövrün ən böyük dövlətləri ilə əlaqələr qurmuşdular. Onlarla bəzən dinc münasibətlər saxlamış, bəzən də