36
HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
əlaqədə olmuşdur. Hakim sülalələr yerli etiqadlara sayğı göstərərək buddizm məbədləri tikdirir, heykəltəraşlıq, saray bəzəmələri və başqa təsviri incəsənət növlərində bu dinin ənənələrini əks etdirirdilər.
Ümumiyyətlə, türk mədəniyyəti ayrı-ayrı etnos və dinlərə qarşı tolerant idi. Bir çox mütəxəssislərin fikrincə, qədim türklərin dini olan Tanrıçılıq (Tenqri) monoteist görüşə çox yaxın idi və bu da sonrakı dövrdə türklərin islamı qəbul etməsini yüngülləşdirmişdi.