34
HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
Bu dövlət V-VI əsrlərdə mövcud olmuşdur. Onun ərazisi Mərkəzi Asiyanın şimal-şərq torpaqlarını (Monqolustan, Altay, Şərqi Türküstanın şimal-şərq hissəsi, Cunqariya) əhatə etmişdir. Çinlilər onları Juan-juan, türklər Apar adlandırmışdılar. Eftallarla dost münasibətlərdə olan juan-juanların mənşəyinin avarlara söykənməsi haqqında fikir üstünlük təşkil edir.
Məlum olduğu kimi, Avar tayfa adı eftallarda da mövcud idi, ona görə də hər iki dövlət qurucusunun eyni soydan olduğu iddia edilir.
Çinin üzərində üstünlük qazanan juan-juanlar həm də Yüeban və Qaoçe kimi türksoylu tayfaları özlərinə tabe etmiş, Şərqi Türküstandakı şəhərləri özlərindən asılı vəziyyətə salmışlar.
Tərkibində müxtəlif türk və monqol tayfaları olan Juan-juan dövləti mövcud olduğu müddətdə hökmdar Şelun ilk dəfə xaqan titulunu qəbul etmişdir.
Jujan dövləti VI əsrin birinci yarısında Monqolustan, Şimali Çin və Koreyaya qədər əraziləri əhatə edən imperiyaya çevrilmişdi.
552-ci ildə bu dövlətin tabeliyində olan Aşina tayfasının türkləri juan-juanların hökmranlığına son qoydular. Bundan sonra juan-juan tayfaları qərbə köç etdilər. Sonralar Şərqi Avropada yaranmış Avar xanlığının əsasını da məhz onların qoyduğu güman edilir.
Bu tarixi dövrdə türksoylu sülalələrin hakimiyyəti altında olan müxtəlif dinlərə və mədəniyyətlərə mənsub xalqlar tolerantlıq prinsipi əsasında idarə edilirdi. Avrasiya məkanında türk, monqol, tunquz, ket, samoyed xalqları, çinlilər, toharlar, iranlılar (soqdilər, baktriyalılar, xotanlılar), Hindistan və Qafqaz xalqları, o cümlədən slavyanlar, fin-uqorlar və s. xalqlar yaşayırdılar. Bu xalqların əksəriyyəti (türk, monqol və tunquz xalqları) Altay dil ailəsinə, toharlar, iranlılar, hindlilər, slavyanlar isə Hind-Avropa dil ailəsinə mənsub idilər. Bu tayfa və