HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
31
alanlar, qotlar və başqa german tayfaları ilə gücləndirib Dunay çayını keçmiş və romalıların müqaviməti ilə qarşılaşmadan Frakiyaya qədər irəliləmişdilər.
Ən qüdrətli Hun hökmdarı Atillanın (434-453) dövründə Hun dövləti böyük imperiyaya çevrilmişdir. Atilla haqqında xatirələr onun imperiyasının sərhədləri ətrafında yerləşən İtaliya, Qalliya, German torpaqlarında, Britaniya, Skandinaviya və bütün Mərkəzi Avropada əsrlər boyu ağızdan-ağıza dolaşan əfsanələr doğurmuşdu. O, yazıçıların, rəssam və heykəltəraşların yaradıcılığı üçün mövzu olmuş, haqqında ən çox kitablar yazılan şəxsiyyətlərdən birinə çevrilmişdir.
Avropa hunları özlərindən sonra Şərqi Avropada türkəsilli (bolqar, avar, oqur), yaxud türklərlə qohum olan tayfaların (macar) siyasi birliklərinin əsasını qoymuşlar. Onların türk dilində danışdıqları məlumdur. Hökmdar ailəsinin üzvləri Karadon (qara don, qara rəngli geyim), Muncuk (muncuq, yaxud bayraq), Atilla, İlek, Dengizik (dengiz - dəniz), İrnek, Aybars, Oktar, Arıkan (Arıqxan), Basık, Kursık, Atakam, Eşkam adlarını daşımışlar.
IV-V əsrlərdə mövcud olmuş bu dövlət tarixdə daha çox Hionit adı ilə tanınır. Onun ərazisinə Baktriya (Mərkəzi Asiyanın cənub-qərbi), həmçinin Xorasan və Şimali Hindistan (Əfqanıstan, Pakistan) daxil idi.
III əsrdə Asiya hunlarının imperiyası dağılandan sonra hunların böyük bir hissəsi qərbə, Şərqi Avropaya köç etdiyi zaman bir hissəsi də, çox güman ki, cənub-qərbə, Amudərya və Sırdərya çayları arasına üz tutmuşdur.
IV əsrin sonuna doğru Səmərqəndi tutan hunlar daha sonra Sasanilərə tabe olan bölgələr -Baktriya (Toharıstan) və Kabil vadisi üzərində nəzarəti ələ keçirmişdilər. Onlar burada mərkəzi Toharıstan olan dövlət yaradaraq Sasanilərə qarşı mübarizədə üstünlük qazanmış və Şimali Hindistanda da öz mövqelərini gücləndirmiş-dilər.
Bu dövrdən başlayaraq, fars (Pəhləvi) mən-