TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
21
Zərdüştilərin qədim pəhləvi dilində yazılmış müqəddəs kitabı “Avesta”da Turanın baş hökmdarı, yerin şimal hissəsinə sahiblik edən qüdrətli Faranqrasiyanın (Əfrasiyab) adı çəkilir.
Mahmud Qaşqarlının (XI əsr) “Divanü lüğat-it-türk” (“Türk dilləri lüğəti”) əsərində bütün türk xalqlarını birləşdirən bu qüdrətli hökmdar haqqında çoxlu hekayələr vardır.
“Türklərin hökmdarı Əfrasiyab xanın titulu Alp Ər Tonqa pələng kimi güclü döyüşçü deməkdir”. “Kaz” (Qaz) Əfrasiyabın qızının adıdır. O, Qəzvin şəhərinin əsasını qoyub. Şəhərin adı “Kaz oyunu” mənasını daşıyır (bura Kazın oyun sahəsi olub, çünki qız burada yaşayıb, oyunlar oynayırmış). Bu səbəbdən bəzi türklər Qəzvini öz ölkələrinin sərhədləri daxilində hesab edirlər.
Eyni zamanda Qum şəhərinin də bu sərhədlər daxilində yerləşdiyi hesab olunur, çünki “qum” türk sözüdür. Əfrasiyabın qızı tez-tez bu yerlərə gedər və burada ov edərmiş.
Digər türklər ölkələrinin Mərv əl-Şahicandan başladığını düşünürlər, çünki Alp Ər Tonqa (yəni Əfrasiyab) Mərv şəhərini fars padşahı Təhmurazın bu şəhərin içəri qalasının əsasını qoymasından üç yüz il sonra inşa etdirmişdir.
Mahmud Qaşqarlı. "Divanü lüğat-it-türk”. III cild. Ankara, 1985, səh.149.
Əfrasiyab haqqında rəvayətlər hansı ədəbi əsərlərin süjeti olmuşdur? Bu sualı araşdırın.
Əfrasiyabın bu qədər çox ədəbi əsərin qəhrəmanı olması nə ilə bağlı ola bilərdi?