20
TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
daşıyıcıları idilər. Sibir, Monqolustan, Altay, Mərkəzi Asiya, Şimali Qafqaz və Şərqi Avropa ərazilərindəki kurqanlarda aşkar olunan müxtəlif arxeoloji tapıntılar sak incəsənətinin vahid mənbədən gəldiyini təsdiq edir. Silahlar, geyimlər, məişət əşyaları və maral, at, qoç, aslan kimi heyvanların təsvirləri verilmiş bəzək əşyaları “Skif (İskit) sənəti”, yaxud “Skif (İskit) heyvan üslubu” kimi məşhurdur.
Qazaxıstan və Qərbi Sibirdə aparılan arxeoloji qazıntılar zamanı saklara aid qiymətli maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tapıntılar onların mədəniyyətinin yüksək inkişaf səviyyəsində olduğunu göstərir. Məsələn, Almatı şəhərinin (Qazaxıstan) yaxınlığında İssık kurqanının ərazisində qızıldan hazırlanmış müxtəlif əşyalarla birlikdə üzərində görünüşcə türklərin yazısını xatırladan naməlum yazılı (hələlik şifri açılmamış) gümüş cam tapılmışdır.
Bundan başqa Qazaxıstanda sakların dövrünə aid qızıl geyimli kübar şəxslərin məzarları da aşkar edilmişdir. Mingəçevir və Ziviyədə (Azərbaycan) tapılan nümunələr də bu qəbildəndir.
Hərbi yürüş zamanı Dara iskitlərdən quş, siçan, qurbağa və oxdan ibarət bir bağlama alır. Şah düşünür ki, iskitlər itaət etdiklərini bildirmək üçün ona öz torpaqlarının (siçan), sularının (qurbağa), səmalarının (quş) və ordularının (oxlar) simvollarını gətiriblər. Müdriklərdən biri isə bu bağlamanın mənasını başqa cür yazır: “Əgər siz farslar quş kimi səmaya uçmasanız, siçan kimi torpağın altına soxulmasanız, ya da qurbağa kimi bataqlığa tullanmasanız, onda bu oxlarla vurulub, geriyə dönməyəcəksiniz”.
Sonradan məlum oldu ki, müdrik adam haqlı imiş.
(Herodot. “Tarix”. I fəsil)