TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
19
E.ə. VII əsrdə iskitlər Azərbaycanda və Anadoluda dövlət
yaratdılar. Heç şübhə yoxdur ki, iskitlərin akkadca “işquzay”
(-quz, -quzay) adı “oğuz” adının o zamankı mixi sənədlərdə
arxaik tələffüzü ilə bağlıdır. Qeyd etmək lazımdır ki, orta əsrlərdə, məsələn, Bizans
mənbələrində islamı hələ qəbul etməmiş
türk xalqları skif (iskit) adlanırdı.
Həyat tərzlərinə görə saklar türk və Mərkəzi Asiya etnoslarının islamdan əvvəlki dövrə aid etno-mədəni tipinin ilk nümayəndələrindən olmuşlar. Bu özünü onların geyimlərində, metal emalında, xüsusilə də atların qoşqusunda və başqa mədəniyyət elementlərində büruzə verir.
Sakların yaşadığı torpaqların çox hissəsi çöllük ərazilərdə yerləşirdi. Onlar geniş otlaq sahələrində ev heyvanları - at, inək, qoyun və dəvə saxlayırdılar. Bu heyvanlar həyat və məişətin başlıca mənbəyi idi. Onların əti və südü sakların əsas qidasını təşkil edirdi, yunundan və dərisindən isə geyim hazırlayırdılar. Atlardan minik və qoşqu üçün istifadə edir, südündən qımız* düzəldirdilər. Bundan əlavə, saklar həm özlərinin qidası, həm də heyvanları yemləmək üçün buğda, arpa, darı və digər kənd təsərrüfatı məhsulları becərirdilər.
Keçmişdə İpək yolunun əsas hissəsi sakların ərazisindən keçirdi və bu da beynəlxalq ticarətin böyük bir sahəyə yayılmasına imkan yaradırdı. Çin, Hindistan, İran və Roma imperiyasından sakların ölkəsinə müxtəlif kənd təsərrüfatı məhsulları, bəzək əşyaları gətirilir, saklar isə bu ölkələrə at və qoyun satırdılar. Bundan əlavə Altay və Sibir sakları susamuru və sincab kimi xəzdərili heyvanları ovlayaraq, onların xəzlərini başqa ölkələrə ixrac edirdilər. Ayrı-ayrı dillərdə danışmalarına baxmayaraq, bu köçərilər ortaq mədəniyyət və inanc sisteminin