156
LÜĞƏT
Toharıstan - Qədim Baktriyanın orta dövrlərindəki adıdır. Bugünkü Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali Əfqanıstanı əhatə edən tarixi bölgədir. Transilvaniya - digər adı “Erdel”dir. Bugünkü Rumıniyanın qərb və orta bölgələrinin tarixi adıdır. Turfan - Şərqi Türküstanda tarixi bir bölgədir. Qərbdə Toksun vilayəti, şimalqərbdə Urumçi şəhəri, şimalda Cimsar, şərqdə Pişan və cənubda Lobnor vilayəti ilə həmsərhəddir. Türküstan - Qərbdə Xəzər dənizi və Aşağı Volqadan başlayaraq, şərqdə Monqolustandakı Altay dağlarına, cənubda Kopet, Hindiquş, Qaraqorum dağlarına, şimalda Qazax çöllərinə qədər uzanan Mərkəzi Asiyanın tarixi adıdır. - U - Ural dağları - bir hissəsi Rusiya Federasiyasındakı Başqırdıstan torpaqlarında olan, Qazaxıstan çöllərindən Şimal qütbünə qədər uzanan sıra dağlardır. Ural dağları Avropa və Asiyanı bir-birindən ayırır. Uzaq Şərq - Asiyanın şərqindəki ölkələrə verilən addır. Bura Mancuriya (Şimal-Şərqi Çin), Koreya və Yaponiya ölkələri aiddir. - Y - Yabqu - başqa şəkildə “Cabgu”. Qədim türk dövlətlərində hökmdar mənasında |
istifadə olunan tituldur. Qədim türk ənənəsinə görə, yabquluq sistemində baş idarəçi “yabqu” titulunu daşımış və mövqe baxımından xaqandan sonra gəlmişdir. Yabquluq - daha çox müəyyən bir bölgə ilə məhdudlaşmış, çox vaxt özündən üstün siyasi birliyin, yəni bir xaqanlığın nəzarəti altında olmuşdur. Yaxın Şərq - Hindistan və Aralıq dənizi arasındakı cənub-qərbi Asiya ölkələrinə verilən addır. Yeddisu bölgəsi - Mərkəzi Asiyadakı tarixi ərazidir. Şimalında Balxaş gölü, şimal-şərqində Sasık gölü və Alagöl, şərqində Cunqariya Aladağları, cənub və cənub-qərbində isə Şimali Tanrı dağları yerləşir. Yüeçilər - qədim etnos adıdır. Vətənləri Mərkəzi Asiyada Tanrı dağları ilə Qansu bölgəsi idi. Bizim eradan əvvəl III əsrdə Çinin Qansu əyalətində güclü bir dövlət qurmuşdular. - Z - Zərdüştilik - qədim dinlərdən biridir. Bu dinə mənsub olanlar tək Tanrının var olduğuna, odun, atəşin onları təmsil etdiyinə inanırlar, ona görə də oda sayğı göstərirlər. Təxminən 3500 il əvvəl Zərdüşt tərəfindən yaradılmış, Mərkəzi Asiyada yayılaraq islama qədər əsas din olmuşdur. |