LÜĞƏT
155
Soqd - digər adı “Soqdiana”dır. Mərkəzi Asiyada Zərəfşan çayı hövzəsindəki Pəncikənd (Tacikistan), Özbəkistandakı Səmərqənd, Buxara və Qaşqadərya çayı hövzəsindəki Keş (Şəhrisəbz) və Nahşep (Karşı) vilayətlərini əhatə edən tarixi bölgədir. Suy sülaləsi - 581-618-ci illər arasında Çində hakim olmuşdur. Bu dövrdə Göytürklərlə müharibə vəziyyətində olan sülalə daxili üsyanların artmasından sonra dağılmışdır. - Ş - Şad - qədim türk xaqanlıqları dövründə istifadə olunan tituldur. Bu titul tiqinlərə, yəni şahzadələrə onları sərkərdə təyin edildikdə verilirdi. Şərqi Avropa - Avropa qitəsinin şərq hissəsidir. Baltik dənizindən Adriatik dənizinə qədər uzanan bölgədə yerləşən ölkələri əhatə edir. Şimali Afrika - Afrika qitəsinin şimalındakı bölgəyə verilən addır. Bu gün burada Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir və Sudan dövlətləri yerləşir. Şimali Hindistan - indiki Hindistanın şimalını, bugünkü Pakistan və Əfqanıstanın şərq hissələrini əhatə edən tarixi bölgədir. Şimali Qafqaz - Avropa qitəsinin cənub-şərqində Asiya ilə sərhəd olan bir bölgədir. Rusiya Federasiyasının tərkibinə daxildir. Burada Rusiyaya aid olan yeddi muxtar respublika (Dağıstan, Çeçenistan, Kabarda-Balkar, Şimali Osetiya, Adıgey, İnquşetiya, Qaraçay-Çərkəz) ilə vilayət statusunda olan Krasnodar və Stavropol bölgələri yerləşir. Şimali Qara dəniz bölgəsi - Qara dənizin şimal sahilindən, Cənubi Rusiya- |
dakı Kuban çayı və Don düzənliklərindən Şimali Qafqaza qədər uzanan bölgədir. - T - Talas çayı - Qırğızıstanın Talas vilayətindən başlayıb, Qazaxıstanın Taraz şəhərindən keçir və Moyunkum qumlarına hopur. Tan sülaləsi - Çində hökm sürmüş sülalədir (618-907). Bu dövrdə Çinin ərazisi genişlənmiş, fərqli irq, mədəniyyət və dinlərdən olan xalqlarla əlaqələr qurulmuşdur. Tanrı dağları - Çin dilində adı “TyanŞan”, qədim türk dilində “Tengri tağ”dır. Mərkəzi Asiyadakı böyük sıra dağlardan biridir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Çinin Sincan-Uyğur Muxtar Rayonunun mərkəzi hissələrinə yayılır. Şimalda Cunqariya və Cənubi Qazaxıstan düzənlikləri, cənub-şərqdə Tarım hövzəsi, cənub-qərbdə Hisar və Alay sıra dağları ilə məhdudlaşır. Tarım çayı - Çinin Sincan-Uyğur Muxtar Rayonunda 2030 km uzunluğunda bir çaydır. Tigin - Qədim türk dövlətlərində hökmdarın oğulları tərəfindən istifadə olunan tituldur, “şahzadə” mənasını verir. Tenqriçilik - tanrıçılıq. Türk və monqol xalqlarının ən qədim inancıdır. Tanrıya ibadət etməklə bərabər, animizm, totemizm, şamanizm bu inancın ana xətlərini təşkil edir. Tie-le - digər adları “Tinq-linq”, “Çie-le”dir. Qədim türk qəbilələrinin ümumi adıdır. Əsasən, Cənubi Sibirdə Lena çayı boyunca, Baykal gölünün qərbində yaşayırdılar. Bizim eradan əvvəl III əsrdə qərbə doğru yayılmağa başlamışdılar. |