154
LÜĞƏT
Mərkəzi Asiya - dar mənada beş ölkə: Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan nəzərdə tutulur. Geniş mənada isə adıçəkilən beş dövlətdən əlavə, Əfqanıstan, Pakistanın şimalı, Çinin qərbi (Şərqi Türküstan və Tibet), Monqolustan və Rusiyanın bir hissəsi ilə İranın şimal-qərbi də (Xorasan) nəzərdə tutulur. Monqolustan - Şərqi və Mərkəzi Asiyada yerləşən ölkədir. Ölkə şimalda Sibir (Rusiya), cənub, şərq və qərbdə Çin ilə həmsərhəddir. Burada keçmişdə Böyük Hun imperiyası, Juan-juan (Avar), Göytürk, Uyğur, Qırğız və Qarakitay dövlətləri hökm sürmüşdür. Çingiz xanın başçılığı ilə 1206-cı ildə ilk Böyük Monqol dövlətinin qurulduğu bir bölgədir. Moğolustan xanlığı - Cığatay dövlətindən sonra XIV əsrin ortalarında Yeddisu və Tanrı dağın şərq bölgələrində yaşayan türk tayfalarından ibarət olan müstəqil bir dövlətdir. - O - Oğuzlar - “Oğuz xaqan” dastanına görə, 24 tayfadan və Qaşqarlı Mahmudun “Divanü lügat-it-türk” əsərinə görə, 22 tayfadan ibarət olan Mərkəzi Asiya mənşəli, sıx yerləşmiş türk qəbiləsidir. Bu gün türk cəmiyyətlərinin əhalisinin çoxu Oğuz türkləridir. Onon çayı - Sibir (Rusiya) ilə Şimal-Şərqi Monqolustan arasındakı 818 km uzunluğunda bir çaydır. Ordos - Şimali Çində Mərkəzi Monqolustan muxtar bölgəsinin cənub hissəsindəki bölgədir. Xuanxe çayının şimal döngəsi içərisindəki sahəni əhatə edir. Orxon vadisi - Mərkəzi Monqolustandakı Orxon çayının vadisidir. Orxon çayı Baykal gölünə qədər uzanan Selengi çayına axır. |
- Ö - Ötükən - türk və monqol tarixlərində müqəddəs yerdir. Orxon çayı öz mənbələrini bu bölgədən alır. Göytürk xaqanlığının da paytaxtı bu bölgədə qurulmuşdur. - P - Parfiya imperiyası, Parfiya - İranın şimal-şərqində yerləşən tarixi dövlət dir (e.ə. III əsr - b.e. III əsri). İmperiyası bugünkü İran, Azərbaycan, Ermənistan, İraq, Gürcüstan, Türkmənistan, Əfqanıstan, ərəb ölkələri və Bəsrə körfəzini əhatə edirdi. - S - Sasani imperiyası - II Fars imperiyasının adıdır (226-651). Sərhədləri bugünkü İran, Azərbaycan, İraq, Ermənistan, tarixi Şimali Hindistan, Türkiyənin şərq bölgəsi, Suriyanın bir hissəsi, Qafqaz, Mərkəzi Asiyanın cənub-qərb hissəsi və bütöv Ərəbistanı əhatə edirdi. Sayan dağları- Göytürk xaqanlığı dövründəki adı “Kögmen”dir. Monqolustanın şimal-qərbində, Sibirin cənubunda yerləşən dağ silsiləsidir. Sibir - Rusiya Federasiyasında yerləşən dağlıq və meşəlik bölgədir. Şimalında Şimal Buzlu okeanı, şərqində Sakit okean, cənubunda Qazaxıstan, Monqolustan, Mancuriya və qərbində Ural dağları yerləşir. Əsas olaraq üç bölgəyə ayrılır: Qərbi Sibir, Şərqi Sibir və Rusiyanın Uzaq Şərqi. Sırdərya - tarixi adlarından biri “Seyhun”dur. Mərkəzi Asiyada bir çaydır. Tanrı dağlarından başlayır. Qırğızıstandakı Narın çayı ilə Qaşqadərya çayları Fərqanə vadisində birləşərək Sırdəryanı əmələ gətirir. Uzunluğu 2212 km olan çay Aral gölünə tökülür. |