LÜĞƏT
153
Sankt-Peterburq arasından başlayır və Xəzər dənizinə tökülür. Çayın hövzəsində Çuvaşıstan, Tatarıstan və Başqırdıstan kimi türk ölkələri yerləşir. İli çayı - Mərkəzi Asiyada Qazaxıstanın cənub-şərqi və Sincan-Uyğur Muxtar Rayonunun qərb hissələrindən keçən bir çaydır. İpək yolu - keçmişdə Çindən başlayaraq, Mərkəzi Asiyadan keçib Anadoluya (Kiçik Asiya) və Aralıq dənizi vasitəsilə Avropaya qədər uzanan tarixi ticarət yoludur. İrtış çayı - Altay dağlarından başlayaraq, Sincan-Uyğur Muxtar Rayonu içərisindən şimal-şərqə doğru axıb, Zaysan gölü vasitəsilə Qazaxıstan və Qərbi Sibirdən keçir. - K - Karpat dağları - Şərqi Avropadakı sıra dağlardan biridir. Çex Respublikası, Slovakiya, Polşa, Ukrayna və Rumıniya kimi beş ölkənin ərazisində yerləşir. Kuban çayı - Rusiya Federasiyasında, Şımali Qafqazın şimal-qərbində yerləşir. Qafqaz dağlarında Elbrusdan başlayıb, Azov dənizinə tökülür. - Q - Qandhara bölgəsi - tarixi Şimali Hindistanda eramızdan əvvəlki dövrlərdən islama qədər insanların yaşadığı mədəniyyət bölgəsi olmuşdur. Ərazisi indiki Pakistanın şimal vilayətlərini əhatə edirdi. Qarluqlar - qədim türk tayfalarından biridir. Uyğur və özbək dillərinin formalaşmasında mühüm rol oynamışdır. Qansu/Kansu - Çinin bir əyalətidir. Şimal hissəsi Monqolustan, cənub hissəsi Çinqhay, Sicuan əyalətləri, şərq hissəsi Ninqxia |
muxtar bölgəsi, Şansi əyaləti və Mərkəzi Monqolustan muxtar bölgəsi, qərb hissəsi Sincan-Uyğur Muxtar Rayonu ilə əhatə olunmuşdur. Qaşqar - Çində Sincan-Uyğur Muxtar Rayonunun qərbində yerləşən tarixi bir şəhərdir. Qıpçaqlar - digər adı “Kumanlar”dır. Qədim türk qəbilələrindən biridir. Dilləri üç qolda inkişaf etmiş və daha sonra qıpçaq dillərinə mənbə olmuşdur. Qobi səhrası - Mərkəzi Asiyadakı ən böyük çöldür. Monqolustanın cənubunu və Çinin şimal-qərbindəki bölgələri əhatə edir. Qumul - Çin dilində adı “Hami”dir. Çində Sincan-Uyğur Muxtar Rayonunun şərqində İpək yolunun şimal-şərq marşrutunda yerləşən tarixi şəhərdir. - M - Maniheizm (manilik) - III əsrdə Sasani imperiyasının ərazisində Mani tərəfindən qurulmuş və qısa müddətdə sürətlə yayılmışdır. Mani dini ən parlaq dövrünü VIII əsrdə Uyğur xaqanlığının rəsmi dini olaraq elan edilməsi zamanı yaşamışdır. Mavəraünnəhr - Mərkəzi Asiyada, Ceyhun (Amudərya) və Seyhun (Sırdərya) çayları arasında yerləşən tarixi bölgədir. İndi bu bölgə Qazaxıstan, Özbəkistan və Türkmənistan arasında bölünmüşdür. İslam mədəniyyətinin inkişaf etdiyi bu bölgədə Səmərqənd və Buxara şəhərləri mühüm mədəniyyət mərkəzləri olmuşdur. Mesopotamiya - Yaxın Şərqdə, Dəclə və Fərat çayları arasında yerləşən tarixi bölgədir. Mesopotamiya bugünkü İraq, Suriyanın şimal-şərqi, Cənub-Şərqi Anadolu və İranın cənub-qərb torpaqlarını əhatə edirdi. |