152
LÜĞƏT
hakim olan sülalə olmuşdur. Abbasilər tərəfindən dağılana qədər 661-750-ci illər arasında hökm sürmüşdür. Ərdəbil- Cənubi Azərbaycanda yerləşən Ərdəbil əyalətinin inzibati mərkəzi olmuş şəhər, müasir İranda əyalət mərkəzidir. Ərəblər - Yaxın Şərqin ən çox saylı (400 milyona yaxın) əhalisidir. Aralıq dənizinin cənub-şərqi, Şimali Afrika, Böyük səhra və Sudan, İraq və Ərəbistan yarımadasını əhatə edən geniş bir ərazidə yaşayırlar. Ərəbistan yarımadası -Asiyanın cənub-qərbi və Afrikanın şimal-şərqində yerləşən yarımadadır. - F - Fəqih - islam hüququ ilə məşğul olan adamdır. Fərat çayı - Türkiyə, Suriya və İraq torpaqlarından keçərək Dəclə çayı ilə birləşib Şəttülərəbi əmələ gətirir və Bəsrə körfəzinə tökülür. - G - Gürqan - digər adı “Cürcan”dır. İranın şimal-şərqində, Xəzər dənizinin cənub-şərqində yerləşən indiki Gülüstan əyalətindəki tarixi bölgədir. - H -
Hind çayı - Çindəki Tibet platformasından başlayaraq, qərbə doğru Şərqi
Hindistanı keçib Pakistana çatır və Ərəbistan (Oman) dənizinə tökülür. - X - Xaqan - türk və monqol dövlətlərində hökmdarların ən yüksək tituludur. Juan- |
juanlar (avarlar) dövründən bəri türk dövlət mədəniyyətində geniş istifadə olunmuş termindir. Xaqanlıq - geniş torpaqları əhatə edən və bir çox cəmiyyətləri idarə edən siyasi birlik olmuşdur. Xan sülaləsi- Çində e.ə. 206 - b.e. 220-ci illəri arasında hökm sürmüşdür. Çin mədəniyyətinin zirvədə olduğu dövrlərdən biri olaraq qəbul edilir. Bu gün sülalənin şərəfinə olaraq çinlilər özlərini “Xan-zu” (Xan insanı) adlandırırlar. Xanqay dağları - Orxon abidələrində “Kadırkan” adlandırılan və Monqolustanın mərkəzi hissəsində yerləşən dağ silsiləsidir. Xarəzm - Amudərya çayının aşağı hövzəsində yerləşən tarixi bölgədir. Bu gün böyük bir hissəsi Özbəkistanda, bir hissəsi isə Türkmənistan sərhədlərində yer alır. Xəzərlər - 630-965-ci illərdə İdil (Volqa) sahilləri və Krım yarımadası arasında imperiya quran bir türk tayfasıdır. Xəzər dənizi- digər adı “Kaspi”dir. Qərbdə Azərbaycan və Rusiya, şimal-şərq və şərqdə Qazaxıstan, cənub-şərqdə Türkmənistan, cənubda İran torpaqları ilə əhatə olunur. Xorasan bölgəsi - İranın şimal-şərq, Əfqanıstanın şimal-qərb və Türkmənistanın cənub hissələrini əhatə edən tarixi bölgədir. Xotan - Çindəki Sincan-Uyğur Muxtar Rayonunun cənub-qərbində yerləşən tarixi bölgədir. - İ - İdil- indiki adı Volqadır. Uzunluğu təqribən 3500 km olan bu çay Moskva ilə |