LÜĞƏT
151
Bizans - digər adı Şərqi Roma imperiyasıdır. Kiçik Asiya və onun ətraflarında hökm sürmüşdür. Bizansın yaranması Roma imperiyasının iki hissəyə bölünməsi ilə bağlıdır. Buddizm - bu gün təxminən 500 milyondan çox üzvü olan bir dindir. Əvvəlcə Hindistanda meydana gəlmiş, sonralar tədricən Cənub-Şərqi və Şərqi Asiyada (Çin, Yaponiya, Koreya, Monqolustan, Nepal, Şri-Lanka, Tailand, Tibet) yayılmışdır. Böyük Bulqar xaqanlığı - Bizans mənbələrinə görə, “Onoquriya” adlanır. Göytürklərin dağılması və avarların zəifləməsi nəticəsində müstəqillik əldə etmişdir. Bulqarlar türk tayfalarının birləşməsi ilə 630-cu ildə meydana çıxmışdır. Kubrat xan tərəfindən qurulan dövlət onun ölümü və Xəzərlərin hücumu nəticəsində dağılmışdır. - C - Cəlairilər - 1340-cı illərdə bugünkü İraq və İran torpaqlarında Böyük Həsən tərəfindən qurulmuş dövlətdir. Böyük Həsən əvvəlcə Elxanilər dövlətində mühüm mövqeyə sahib olan türk-monqol Cəlairi tayfasının başçısı olmuşdur. Cunqariya - Mərkəzi Asiyada şimalda Altay ilə cənubda Tanrı dağlarının şərq kəsimi arasında yerləşən quraqlıq bölgədir. Çindəki Sincan-Uyğur Muxtar Rayonunun (Şərqi Türküstan) şimal yarısını əhatə edir. - Ç - Çu çayı - Mərkəzi Asiyada şimalda Qırğızıstan və cənubda Qazaxıstandan keçən, uzunluğu 1300 km olan bir çaydır. |
- D - Dəşti-Qıpçaq - farsca “Qıpçaq çölü” mənasını daşıyır. Dnestr və şərqdə İrtış çayları arasındakı çöl zonasının tarixi adıdır. Dəclə çayı - Türkiyədən başlayıb, İraq ərazisindən keçərək orada Fərat çayı ilə birləşir və Şəttül-ərəbdə Bəsrə körfəzinə tökülür. Don çayı - Rusiya Federasiyasının başlıca çaylarından biridir. Orta dövr türkcəsində adı “Tın”dır. Moskvanın cənub-şərqindən başlayaraq Azov dənizinə tökülür. Dunay çayı - Mənbəyi Almaniyadan başlayır, Mərkəzi, Şərqi və Cənubi Avropanın bir sıra ölkələrinin (Macarıstan, Slovakiya, Rumıniya, Bolqarıstan və s.) ərazisindən keçərək Qara dənizə tökülür. Dunhuanq - Çinin Qansu əyalətində yerləşən tarixi bölgədir. - E - Elbistan - Türkiyədə Qəhrəmanmaraş vilayətinin tərkibində olan ən böyük bölgədir. Aralıq dənizi, Mərkəzi və Şərqi Anadolu bölgələrinin kəsişdiyi nöqtədə yerləşir. - Ə - Əfqanıstan - Mərkəzi Asiyanın cənubunda yerləşir. Cənub-şərqdə Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şərqdə kiçik bir sahə ilə Çinlə həmsərhəddir. Əhəməni sülaləsi - qədim fars dövlətidir. Sülalə e.ə. 550-330-cu illərdə Asiyanın qərb hissəsində hökm sürmüşdür. Əməvilər - dörd xəlifə dövründən (632-661) sonra müsəlman ərəb dövlətinə |