TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
15
Türk xalqları tarix boyu siyasi, sosial, iqtisadi və mədəni səbəblərdən başqa bölgələrə köç (miqrasiya) etmişlər. Nəticədə, bir sıra türk xalqları zaman keçdikcə Asiya ilə yanaşı, Avropa və Afrika qitələrində də məskunlaşmışlar. Keçmişdə və günümüzdə müxtəlif coğrafi bölgələrdə türk etnosların mövcudluğu bu tarixi səbəblərlə bağlıdır.
Türklərin öz ulu vətənlərindən ilk köçləri eramızdan əvvəl XV əsr də başlamışdır.
Türklər qədim zamanlardan geniş məkanlarda məskunlaşmışlar. Böyük dövlətlərin yaranması, demək olar ki, hər zaman bu və ya digər şəkildə onların köçləri ilə bağlı olmuşdur. Beləliklə, Koreya yarımadasından Qara dənizə qədər uzanan bir məkanda türk birliklərinin mərkəzləşdirilməsi dövlət qurulmasında mühüm amilə çevrilirdi. Köçetmə zamanı hakim sülalələrin qərargahı da öz yerini dəyişməli olurdu. İqtisadi-ticarət əlaqələrinin inkişafı üçün türklərə heyvandarlıqdan savayı həm də şəhərlər, karvansaralar və s. lazım idi. Bu səbəbdən, köçəri təsərrüfatla yanaşı, şəhər mədəniyyəti də inkişaf edirdi. Bu proses türklərin qonşu ölkələrlə əlaqələrini genişləndirir və onların oturaq məskənləri həyata keçirmək meyillərini gücləndirirdi.