146
TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
Çövkən adı ilə bilinən atüstü oyun komanda oyunu olub, müasir polo oyununun bir növüdür. “Qarabağ atı ilə oynanılan çövkən oyunu” 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Bununla bərabər, uşaq oyunları və oyuncaqlarında da çox oxşarlıq vardır. Oyunlar üçün istifadə olunan ifadələr (dokuz kumalak /doqquz daş, ak terek, ak süyek /ak çölmök, kurçak/ koqurçaq, asık /aşıq) və oyun qaydalarındakı oxşarlıq ortaq köklərin olduğunu sübut edir.