TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
143
Qədim türklərdən bu günümüzə gəlib çatan evlər (alaçıq, eb, otav, keçə ev), bunlarla bağlı ifadələr (ev alətləri üçün istifadə olunan ifadələr, simvolik fəxri kürsü - tör ) və bəzək əşyalarının ortaq olduğu məlumdur.
Milli geyimlər və əl sənəti hər türk xalqında özünəxas xüsusiyyətlər daşıdığına baxmayaraq, onlar üçün istifadə olunan termin və ifadələrdə, forma, rəng seçimi, bəzək işləri, xalçatoxuma və naxışlarda ortaqlıq gözə çarpır.