142
TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
“Yallı” rəqsini ifa edənlər kainatın əbədi dövr etməsini, hərəkətliliyini, dinamizmini simvolizə edən mistik bir dairə boyunca sıx şəkildə düzülürlər. Rəqsin sonrakı hissələrində qaçışır və birdən-birə yerə uzanırlar. Bu hərəkətlərin hamısının ayrıca mənası vardır.
Bu xalq rəqsinin Cənubi Qafqaz türkləri, Anadolu və Yaxın Şərq türklərinin rəqslərinə oxşarlığı vardır.