14
TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
IV. Özbəkistan Respublikasının tərkibində:
Qaraqalpaq Muxtar Respublikası
Bundan başqa, türk əhalisi, həmçinin çoxlu sayda Çinin başqa bölgələrində, İran, İraq, Suriya və Balkanlarda da yaşayır.
Türk xalqlarının əsas tarixi-coğrafi yaşayış bölgələri:
1) Mərkəzi Asiya; 2) Sibir;
3) Ural-Volqaboyu; 4) Qafqaz;
5) Şimali Qara dəniz sahilləri;
6) Yaxın Şərq; 7) Türkiyə və Şimali Kipr;
8) Balkanlar; 9) Şimali Əfqanıstan
Qədim türklərin ilk ulu vətənlərindən biri Mərkəzi Asiya və ona bitişik bölgələrdir. Mərkəzi Asiya şərqdə Xinqan dağlarından (Şərqi Monqolustan) qərbdə Xəzər dənizi və İdil (Volqa) hövzələrinə qədər, cənubda Hindiquş (Əfqanıstan, Pakistan) və Qaraqorum (Şərqi Türküstanın cənub hissəsi) dağlarından şimalda Sibirə qədər uzanan geniş bir məkandır.
Mərkəzi Asiya və onun ətrafı geniş çöllər, səhralar, yüksək dağlar və tayqa meşəliklərinin olduğu bir bölgədir. Bu ərazinin əsas dağları Altay, Sayan, Ötükən, Tanrı və Ural dağlarıdır.
Bölgədə Yenisey, Orxon, Selenqa, İrtış, İli, Talas, Çu, Sırdərya (Seyhun), Amudərya (Ceyhun), Volqa (İdil), Ural (Yayık, Jayık) kimi iri çaylar axır.
Mərkəzi Asiya və ətraf ərazilərdə kontinental iqlim hakimdir, yay isti və quru, qış ayları isə soyuq keçir, lakin burada maldarlıq üçün əlverişli olan mülayim iqlimli vadilər də mövcuddur.
Ən qədim türklərin yaşadığı əsas bölgələr Cənubi Sibir, Monqolustan, Ordos (Çinin Şimalı), Tanrı dağının (Tyan-Şan) şimal ətəkləri, Yeddisu (Qırğızıstan, Qazaxıstanın cənub-şərqi), Sırdərya hövzəsi, Aral dənizi ətrafı, Volqa və Yayık (Ural) çayları hövzələri və Azərbaycan sayılır.