TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
139
“Kül tegin kon yılka yeti yegirmeke uçdı
Tokuzınç ay yeti otuzka yog ertürtümiz
Barkın bedizin bitig taşın biçin yılka yetinç ay yeti otuzka kop alkdımız”.
(“Kül tigin qoyun ilinin on yeddinci günündə dünyasını dəyişdi. Doqquzuncu ayın iyirmi yeddinci günündə yas mərasimi keçirdik. Onun türbəsini, rəsmini, kitabə daşını meymun ilinin yeddinci ayının iyirmi yeddinci günündə tamamladıq”).
User H.Ş. “Göytürk və Ötükən Uyğur xaqanlığı kitabələri.
Söz varlığı incələməsi”. Konya, 2009, səh. 451-452
Mətnə əsasən təqvimin yaranmasının hansı tələbatlarla bağlı olmasını izah edin.
Mahmud Qaşqarlının məşhur əsərində də öz əksini tapmış bu türk təqvimi Mərkəzi Asiya, Sibir, İdil-Ural və Qafqaz türklərində geniş yayılıb. Mahmud Qaşqarlının əsərində on iki heyvanla bağlı təqvimdən aşağıdakı kimi bəhs olunur:
Türk xaqanlarından biri bir neçə il öncə baş vermiş müharibə ilə maraqlanır, lakin müharibənin olduğu iliyada sala bilmirlər və çaşıb qalırlar. Xaqan yığıncaq çağırıb deyir: “Biz bu tarix haqqında necə yanıldıqsa, bizdən sonra gələcək nəsillər də belə yanılacaqlar. İndi biz on iki ayı və on iki bürcü nəzərə alaraq on iki ilə ad verək ki, bu illərin dəyişməsi ilə tarix hesablansın və əbədi bir xatirə olsun”. Xalq xaqanın bu təklifini qəbul edir.
Beləliklə, xaqan ova çıxır və əmr edir ki, vəhşi heyvanları böyük bir çay olan İli çayına tərəf qovsunlar. Camaat heyvanları çaya tərəf qovur. Bu heyvanların bir hissəsi suya atılır və onlardan on ikisi çayı keçir. Hər çayı keçən heyvanın adı bir ilə ad olaraq verilir. Heyvanlardan birincisi siçan olur. İlk olaraq suyu keçən heyvan olduğu üçün birinci il siçanın adı ilə bağlı olaraq “siçan ili” adlandırılır. Bundan sonra suyu keçən heyvanların adları ardıcıl olaraq növbəti illərə verilir:
Ud yılı (öküz və ya inək ili)
Pars yılı (pələng və ya bəbir ili)
Tavışgan yılı (dovşan ili)
Nek yılı (əjdaha və ya timsah ili)
Yılan yılı (ilan ili)
Yund yılı (at ili)
Koy yılı (qoyun ili)
Biçin yılı (meymun ili)
Takagu yılı (xoruz və ya toyuq ili)
İt yılı (it ili)
Tonquz yılı (qaban və ya donuz ili)