TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
133
əysə, hədiyyələrini qəbul edər, onu özümə dost sayaram. Kim mənə boyun əyməzsə, üzərinə ordu göndərərəm, darmadağın, məhv edərəm...”
Oğuz xaqan böyük toy məclisi quraraq oğulları arasında vəzifə bölgüsü aparır: O, dövləti “Boz Oxlar” adlandırdığı böyük oğulları - Ayxan, Ulduzxan və Günxan arasında bölüşdürür. “Üç Oxlar” adlandırdığı kiçik oğulları - Göyxan, Dağxan və Dənizxana isə deyir: “Sizlər də “Boz Oxlar”ın himayəsi altında bəyliklər yaradın”. (Uyğunlaşdırılmışdır.)
1. “Oğuz xaqan” dastanının əsasında türklərin müstəqillik və dünya hökmranlığı barədə təsəvvürlərini şərh edin.
2. Sizcə, hansı səbəbdən Oğuz xaqan dövləti öz oğulları arasında bölüşdürmüşdü?
“Manas” dastanı qırğız xalqının qəhrəmanlıq dastanıdır. Dastanda xalqın öz azadlığı, birliyi, xoşbəxt həyat uğrunda mübarizə aparmasının vacibliyi vurğulanır. Bu eposda təbii şəkildə qırğız şifahi ədəbiyyatının zənginliyi, onun müxtəlif janrları ifadə olunub. “Manas” dastanı “Manas”, “Semetey” və “Seytek” adlanan üç bölmədən ibarətdir. Bu bölmələrdə qırğız xalqının xarici düşmənlərə qarşı apardığı mübarizələrlə birlikdə, ölkə içərisindəki ziddiyyətlər, adət-ənənələr, gündəlik həyatın xüsusiyyətləri təsvir olunur. “Manas” dastanında qırğız xalqının yaşadığı müxtəlif tarixi hadisələr, qədim türk adət-ənənə məişət və inancları əks olunub. Dastanın baş
Şək. 7.6. İstanbuldakı Manas heykəli
qəhrəmanı Manas Batır öz xalqının azadlığı uğrunda yorulmadan mübarizə aparır. O, qəh-rəmanlıq, şücaət, mərdlik və vətənsevərlik mücəssəməsidir. “Manas” dastanının 70-dən çox variantı yazılmışdır. Bu dastan dünyanın ən həcmli dastanı olaraq “Ginnesin rekordlar kitabı”na düşmüşdür. 2013-cü ildə “Manas” eposu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olunub.