132
TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
“Oğuz xaqan” dastanı
“Oğuz xaqan” dastanı Hun dövründən məlumdur. X əsrdə yazıya alınmasına baxmayaraq, türk tayfaları bu dastanı qədim zamanlardan bilirlər. “Oğuz xaqan” dastanı əfsanə və rəvayətlər, əsatir və nağıllardan ibarət böyük bir əsərdir. Dastanda Oğuz xanın türk tayfalarının birləşməsi uğrunda apardığı mübarizədən danışılır. Əsərdə türklərin yaşadığı yer adları, onların nəsilləri, türk dövlətçilik ənənələri və qədim türk inancları haqqında məlumatlar var. “Oğuz xaqan” dastanında Oğuz, Ulu Türk, Qarluq bəy, Dəmirçi Halaç, Kanqlı, Ulu Ordu, Qıpçaq bəy kimi qəhrəmanların obrazları təsvir olunub. Oğuz xaqanın övladlarının adlarının Günxan, Ayxan, Ulduzxan, Göyxan, Dağxan, Dənizxan olması dastanın bilinməyən müəlliflərinin ümumdünya təfəkküründən xəbər verir.
Oğuz xaqan öz dövlətini oğulları arasında bölüşdürərək onların üzərinə müxtəlif vəzifələr qoymuşdu.
“Bir gün Oğuz xaqan böyük toy məclisi təşkil edir. Xalqı yığıb qonaqlıq verir, sonra da öz bəylərinə və camaata belə buyurur:
“Ben sizlere oldum Kağan!
Alalım yay ile kalkan.
Nişan olsun bize buyan,
Bozkurt olsun bize uran,
Demir kargı olsun orman,
Av yerinde yürüsün kulan,
Daha deniz, daha müren,
Güneş bayrak, gök kurıkan”.
(“Mən sizlərə oldum Xaqan!
Götürək yay ilə qalxan.
Hədəfimiz rifah olsun, şənlik olsun,
Bozqurd döyüşə çağırışımız,
Dəmir mizraq meşəmiz olsun,
Ov yerində qulan gəzsin,
Dəniz olsun, gur çay olsun,
Günəş bayraq, göy alaçıq olsun”.)
Oğuz xaqan bu sözləri deyərək dünyanın dörd bir tərəfinə elçilər göndərib bütün hökmdarların ona tabe olmasını tələb edir. O öz fərmanlarında yazırdı: “Mən türklərin xaqanıyam, dünyanın dörd bir tərəfinə hakim olmalıyam. Sizlərin mənə tabe olmağınızı istəyirəm. Kim mənim əmrimə baş