130
TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
Türk xalqları sadəcə ortaq tarixə deyil, başqa sahələrdə də müştərək dəyərlərə sahibdirlər. Türklərin maddi və mənəvi baxımdan ortaqlığı şifahi və yazılı ədəbiyyatlarında və mədəniyyətlərinin özünəməxsusluğunda da əks olunmuşdur. Türklərin həyat tərzində, ədəbiyyat, folklor, adət-ənənə, milli bayram, geyim və bəzək əşyalarında, əyləncə və oyunlarında ortaq elementlər çoxdur.
“Oğuz xaqan”, “Kitabi-Dədə Qorqud”, “Alpamış”, “Koroğlu”, “Manas”, “Törəyiş” və “Köç” Türk dünyasının ortaq qəhrəmanlıq dastanlarıdır. Bunlardan “Oğuz xaqan” dastanı bütün Türk dünyasında tanınır. Belə ki, bu dastan Mərkəzi Asiya, Azərbaycan və Anadolu türkləri arasında məşhurdur. Bunu orta əsrlərə aid yazılı mənbələr, həmçinin həmin bölgələrdə bu dastanın yazılı və şifahi hissələrinin mövcud olması sübut edir. “Dədə Qorqud” dastanında Oğuz türklərinin yaşantılarından, qəhrəmanlıqlarından bəhs olunur. “Manas” dastanı qırğız türklərinə aid olub, dünyanın ən həcmli dastanıdır. Alpamış ifadəsi Anadolu və Qafqaz türklərində Alp-Bamsı, İdil-Ural bölgəsində Alpamşa, qazax, noqay və qaraqalpaqlarda Alpamıs, özbəklərdə Alpamış, Altay türklərində Alp-Manqaş, yaxud Alp-Mamış olaraq milli dastan kimi qiymətləndirilir. Anadoluda və Qafqazda