128
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
İmadəddin Nəsimi
Nəsimi (1369-1417) Azərbaycan türkcəsi, fars və ərəb dillərində şeirlər yazan şair və mütəfəkkirdir. Onun doğulduğu yer haqqında müxtəlif fərziyyələr mövcuddur. Bu yerlər arasında Bursa, Diyarbəkir, Bağdad, Təbriz, Bakı, Şamaxı şəhərlərinin adları çəkilir, ancaq Nəsiminin Azərbaycanın Şamaxı şəhərində doğulduğuna dair fikirlər daha çox yayılmışdır. Öz azad düşüncələri ilə Nəsimi Azərbaycan, Yaxın Şərq, Anadolu, Mərkəzi Asiya şair və mütəfəkkirlərinə güclü təsir göstərmişdir. Onun özünün də böyük türk mütəfəkkiri Hacı Bektaşi Vəlidən təsirləndiyi bildirilir.
Məşhur şair və dövlət xadimi Əlişir Nəvainin Nəsimi haqqında təriflər söyləməsi, həm də onun böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulunun şeirlərinə mövzu olması Nəsiminin Mərkəzi Asiya türk dünyasında önəmli bir şəxs olduğunu sübut edir.
Nəsiminin hansısa bir şeirini seçib sinfə təqdim edin.