126
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Teymur Anadoluya hücum etdiyi zaman ona dəstək vermişdir. Bu dəstəyinə qarşılıq olaraq o, Malatyanı, 1402-ci ildə Ankara döyüşündəki dəstəyinə görə isə Diyarbəkir bölgəsini almışdır. 1403-cü ildə Qara Yuluq Osman özünü Diyarbəkirin hakimi elan etmişdir. O, 1435-ci ildə Qaraqoyunlularla döyüşdə həlak olmuşdur.
Osman bəyin ölümündən sonra oğulları arasında hakimiyyət uğrunda mübarizə başlamış, 1453-cü ildə onun nəvəsi Həsən bəy (1453-1478) Diyarbəkiri ələ keçirərək hakimiyyət uğrunda gedən mübarizələrə son qoymuşdur.
1468-ci ildə Həsən bəy Qaraqoyunlu sülaləsini məğlubiyyətə uğratmış və paytaxtı Diyarbəkirdən Təbrizə köçürtmüşdür. Bu dövrdə Ağqoyunlu dövlətinin ərazisi şərqdə Xorasandan qərbdə Fərat çayına, şimalda Qafqazdan cənubda Ərəbistan dənizinə qədər uzanırdı. Fateh Sultan Mehmetin Trabzonu fəth