118
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Teymurun dövlət anlayışı
Teymur öz dövlətini Turan və Türküstan adlandırırdı. Onun adı ilə bağlı olan “Tüzükat-i Timuri” (“Teymurun qanunları”) əsərində belə bir ifadə var:
“Biz kim, Melik-i Turan, Emir-i Türküstanız. Biz kim, milletlerin en eskisi ve en büyüğü (olan) türkün baş halkasıyız”.
(“Biz ki Turanın hökmdarı, Türküstanın əmiriyik. Biz ki millətlərin ən qədimi və ən böyüyü olan türkün baş halqasıyıq”.)
Teymurun bu ifadəsini milli hisslər baxımından şərh edin.
Teymurun türkcə “Ulıtau Bitiği”
(“Uludağ kitabəsi”)
Teymur 1391-ci ildə Qızıl Ordu hökmdarı Toxtamış xana qarşı yürüş etmişdir. Bu tarixi hadisəni xatirələrdə əbədiləşdirmək üçün o, Ulıtau (Uludağ) dağlarında abidə olaraq daş üzərinə qədim türk (uyğur) yazısı ilə bir neçə cümlə həkk etdirmişdir.
Bu abidə Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılır. Kitabədə yer alan ifadələrin orijinal halı və bugünkü türkcəyə tərcüməsi aşağıdakı kimidir.
Teymur hansı səbəbdən uyğur yazısından istifadə etmişdir?