116
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Şək. 6.8. Əmir Teymurun portreti
Şək. 6.9. Uluqbəy adından zərb olunmuş pullar. XV əsr. Səmərqənd, Özbəkistan
onun oğulları və nəvələri arasında bölüşdürülmüşdür. Nəvəsi Xəlil Sultan Səmərqəndə, digər nəvələri Pir Məhəmməd və İsgəndər İrana, üçüncü oğlu Miranşah Bağdad və Azərbaycana, ən kiçik oğlu Şahrux isə Xorasana hakim təyin edilmişdir. Sonralar Şahrux (1405-1447) Mavəraünnəhri zəbt edərək Herat şəhərini paytaxt elan etmiş, öz hakimiyyətini İran və Azərbaycanda bərqərar etmişdir. Onun hakimiyyət dövrü Türküstanda parlaq bir mədəni həyatın başlanğıcı olmuşdur.
Şahruxun paytaxtı Herata (Əfqanıstan) köçürdüyü dövrdə onun Səmərqənddə oturan oğlu Uluqbəy (1447 1449) Amudərya hövzəsinin şimal hissəsinin yarımmüstəqil hakimi olmuşdur. Uluqbəy elmin inkişafına böyük əhəmiyyət vermiş, xüsusilə astronomiya və riyaziyyat elmləri sahəsində bir çox elmi traktatların və mühüm əsərlərin müəllifi kimi böyük şöhrət qazanmışdır. Onun Səmərqənddə tikdirdiyi Uluqbəy mədrəsəsi və onun nəzdindəki rəsədxana 1449-cu ildən dağılana qədər dünyanın ən qabaqcıl rəsədxanası sayılırdı.
Teymurilər sülaləsindən olan Hüseyn Bayqaranın (1470-1506) hakimiyyəti dövründə Xorasan türk