TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
115
Teymur 1370-1405-ci illər arasında hərbi yürüşlər edərək zəfərlər qazanmışdır. O, həyatını uzaq ölkələrdə müharibələrdə keçirərək şimalda Avrasiya çölləri, şərqdə Yeddisu, cənubda Hindistan, qərbdə ərəb ölkələri və Kiçik Asiya (Anadolu) torpaqlarına hakim olmuşdur.
1395-ci ildə Teymur Dəşti-Qıpçaqın daxili ərazilərinə yürüş edərək Qızıl Ordu hökmdarı Toxtamış xanı məğlub etmişdir. 1398-1399-cu illərdə Hindistanda türkəsilli Tuğluqlar sülaləsinin hakim olduğu Dehli sultanlığını zəbt etmişdir.
1402-ci ilə qədər etdiyi dörd yürüşlə Teymur İraq, Suriya və Cənub-Şərqi Anadolunu ələ keçirmişdir. 1402-ci ildə apardığı Ankara döyüşündə Osmanlı sultanı İldırım Bəyazidi məğlub edərək, Osmanlı dövlətini dörd osman şahzadəsi arasında bölüşdürmüşdür. Əslində, türk olan iki böyük hökmdarın bir-biri ilə savaşması o dövrün Türk dünyasına vurulan böyük zərbə olmuşdur. Bu iki hökmdarın Ankara savaşında bir-birinin üzərinə qoşun yeritməsinin əsas səbəblərindən biri Anadoluda hakimiyyət uğrunda mübarizə idi. Eyni şəkildə Qızıl Ordunun parçalanmasının da türk dövlətləri və xalqları üçün siyasi, iqtisadi və sosial cəhətdən mənfi nəticələri olmuşdur.
Anadoludan sonra 1405-ci ildə Çin səfərinə çıxan Teymur Otrarda xəstələnərək vəfat etmişdir. Teymurun ölümündən dərhal sonra dövlətin ərazisi