TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
109
mağa vadar etdi. Bu axtarışlar nəticəsində böyük coğrafi kəşflər gerçəkləşdi. Bununla əlaqədar, bəzi tarixçilər İstanbulun fəthini orta əsrlərin sonu, yeni eranın başlanğıcı hesab edirlər.
Fateh Sultan Mehmet bundan sonra da bir çox fəthlər etdi. Belə ki, onun Yunanıstan və Trabzonu (Trapezund) işğal etməsi ilə Bizansın bərpası mümkünsüz oldu. Sonralar Osmanlı dövlətinin sərhədlərinə bir sıra başqa ərazilər də qatıldı.
Fateh Sultan Mehmet 1481-ci ildə özündən sonra ərazisinin sahəsi 2 milyon kv. km olan dövlət qoyub getmişdi. Sonrakı dövrlərdə də dövlətin əraziləri genişlənməkdə davam edərək dünyanın ən qüdrətli imperiyalarından birinə çevrildi.