108
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Sultan I Muradın əsas siyasi məqsədi Osmanlını qüdrətli bir dövlət halına gətirmək idi. Bu dövrdə I Murad məcbur qalmadıqca Anadolu bəylikləri ilə hərbi toqquşmaya girməməyə çalışırdı. Osmanlıların Balkanlarda irəliləməsi Osmanlı dövlətinə qarşı səlib yürüşlərinin təşkilinə gətirib çıxardı. I Muradın hakimiyyəti dövründə baş vermiş I Kosovo döyüşləri osmanlıların qələbəsi ilə nəticələndi. 1389-cu ildə taxta çıxan İldırım Bəyazid Niqbolu döyüşündə (1396-cı il) səlibçilərin birləşmiş qüvvələrini məğlubiyyətə uğratdı, lakin Ankara döyüşündə (1402-ci il) Teymura uduzdu. Onun əsir düşməsi və ölümündən sonra dövlət parçalanma təhlükəsi ilə qarşılaşdı, lakin I Mehmet ölkədə qayda-qanunu yenidən təmin etdi (1413-cü il). Dövlətin şərq və qərb istiqamətlərində genişlənməsi II Murad dövründə davam etdi, oğlu II Mehmetin hakimiyyəti dövründə bu proses daha da sürətləndi.
Mehmet (1451-1481) 1453-cü ildə İstanbulu (Konstantinopol) fəth edərək Şərqi Roma (Bizans) imperiyasının mövcudluğuna son qoydu. İstanbulun işğalı ilə Osmanlı dövlətinin İslam və Türk dünyasında nüfuzu yüksəldi. Osmanlılar Asiya və Avropa qitələrindəki əraziləri birləşdirməklə Anadolu və Balkanlardakı hakimiyyətlərini gücləndirdilər. Digər tərəfdən, onlar Qara dənizi Aralıq dənizi ilə birləşdirən dəniz yolunu nəzarət altına alaraq iqtisadi cəhətdən gücləndilər.
Bu dövrdə II Mehmet İstanbulu dövlətin yeni paytaxtı elan etdi. O, İstanbula alimlər, incəsənət adamları və tacirləri gətirtməklə bu şəhəri mədəniyyət və ticarət mərkəzinə çevirdi. İstanbulun fəthi şərəfinə o özünə “fəth edən” mənasını verən Fateh ləqəbi götürdü.
İstanbulun fəthi Avropa tarixini də dəyişdirdi. Güclü toplarla şəhərləri əhatə edən qalın qala divarlarını dağıtmağın mümkünlüyünü görən Avropadakı krallar da eyni üsuldan istifadə etdilər. Onlar qalın qala divarları olan qəsrlərdə yaşayan feodalların hakimiyyətinə son verdilər. Beləliklə, Avropada feodalizm rejimi çökərkən mərkəzi krallıqlar formalaşmağa başladı.
İstanbulun fəthindən sonra Bizans alimlərinin bir hissəsi İstanbulu tərk edərək İtaliyaya köç etdi. Yunan və Roma sivilizasiyaları haqqında biliklərə malik olan alimlərin İtaliyaya getməsi bu ölkədə İntibah dövrünün başlanmasına öz təsirini göstərdi.
Köhnə ticarət yollarının türklərin nəzarəti altına keçməsi avropalıları yeni yollar axtar-