Fətəli xan görkəmli dövlət xadimi, mahir diplomat olmuşdur.
O, rus, fars və türk dillərini mükəmməl bilirdi. Rus
generalı Aleksandr Suvorov Fətəli xanı olduqca ağıllı, mərd,
yorulmaz, təşəbbüskar və güclü şəxs kimi təsvir edirdi. Rus
tarixçisi Pyotr Butkov yazırdı: “Fətəli xan dərin ağıl sahibi
idi. Siyasəti bilirdi, cəsur, təşəbbüskar və yorğunluq
bilməyən adam idi. Azərbaycan torpaqlarını vahid dövlətin
tərkibində birləşdirmək onun siyasətinin əsas istiqamətini
təşkil edirdi ”. Rus alimi Samuil Qmelin yazırdı: “Fətəli
xan heç bir məzhəb ayrı-seçkiliyinə yol vermirdi”.