Nadir şah Əfşar dövlətinin süqu-
tundan sonra Azərbaycanın cənub
əraziləri də ayrı-ayrı xanlıqlara
parçalandı. XVIII əsrin sonlarında
bu xanlıqların çoxu Qacarlar süla-
ləsinin hakimiyyəti altına düşdü.
XVIII əsrin ortalarında Azərbaycanın cənub ərazilərində Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Marağa, Qaradağ, Xoy, Maku və Sərab xanlıqları yarandı. Şimal xanlıqlarından fərqli olaraq, cənub xanlıqları müstəqilliklərini qısa müddətdən sonra itirdilər.
Urmiya xanlığı. Azərbaycanın cənubunda yaranmış ən güclü xanlıqlardan biri Urmiya xanlığı idi. Xanlığın əsasını Fətəli xan Əfşar qoymuşdu. O, Nadir şahın əmisi oğlu idi. Mərkəzləşdirmə siyasəti həyata keçirən Fətəli xan Əfşar Azərbaycan torpaqlarının böyük bir hissəsini birləşdirməyə nail olmuşdu. O, cənub xanlıqlarının əksəriyyətini — Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqlarını Urmiya xanlığına tabe edə bilmişdi.