hissəsini də Quba xanlığına birləşdirdi. Hüseyn xanın dövrü
hakimiyyət uğrunda çəkişmələrlə səciyyəvi idi.
XVIII əsrin 80-ci illərində hakimiyyətə Məhəmmədhəsən xan gəldi.
Məhəmmədhəsən xanın zamanında xüsusi “Qanunnamə” qəbul
edilmişdi. Bu qanunnamədə vergilər, feodal münasibətləri, sosial
təbəqələrin hüquq və vəzifələri nizama salınmışdı.
Tarixdə Qanunnamə qəbul etmiş hökmdarlardan kimlərin adını
çəkə bilərsiniz?
XVIII əsrin sonlarında Şəki xanlığında hakimiyyətə Səlim xan
gəldi. Hakimiyyət uğrunda çəkişmələr və digər xanlıqlarla
mübarizələr nəticəsində Şəki xanlığı zəiflədi.
1.
XVIII əsrin, 40-cı illərində Azərbaycanda
siyasiiqtisadi vəziyyətin pisləşməsinin səbəbləri nə
idi?
2.
Şəki xanlarının dövlətçilik fəaliyyətlərini müqayisə
edərək cədvəl tərtib edin.
Hacı Çələbi xan
|
Hüseyn xan
|
Fərqli cəhətlər
|
Oxşar cəhətlər
|
Fərqli cəhətlər |
|
|
|
3.
Xanlıqlar arasında münaqişələr ölkənin iqtisadiyyatına
necə təsir göstərə bilərdi? Mülahizələrinizi
əsaslandırın.
4.
XVIII əsrin ikinci yarısında qonşu dövlətlərin işğalçı
siyasətinə hansı amillər şərait yaradırdı?
5.
“Qızılqaya xəyanəti” hadisəsinə öz münasibətinizi
bildirin və onu müzakirə edin.
6.
Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri
müəyyən edin.