Mənbə əsasında Hacı Çələbi xanın şəxsiyyətini səciyyələndirin.
Şəki xanlığının zəifləməsi. Hacı Çələbi xandan sonra hakimiyyətə onun oğlu Ağakişi xan gəldi, lakin o, sui-qəsd nəticəsində öldürüldü. Ağakişi xanın ölümündən sonra xanlıqda hakimiyyət uğrunda mübarizələr dövrü başlandı. Əvvəlcə hakimiyyətə Hacı Çələbi xanın nəvəsi Hüseyn xan gəldi. Onun hakimiyyətə gəlməsinə yerli əhali və Quba xanı Fətəli xan kömək etmişdi. Bu səbəbdən bir müddət Hüseyn xan Fətəli xanla müttəfiqlik siyasəti yürütdü. 1767-ci ildə Hüseyn xan Quba xanı Fətəli xanla birlikdə Şamaxı xanlığının ərazisini öz aralarında bölüşdürdülər. Bir il sonra isə Fətəli xan Hüseyn xanı məğlub edərək onun hakimiyyəti altında olan Şamaxı xanlığının digər