Azərbaycan xanlıqları arasında çəkişmələr, ara müharibələri, xarici dövlətlərin müdaxiləsi və iqtisadi zəiflik ölkənin birləşdirilməsi cəhdlərinin gerçəkləşməsinə imkan vermirdi.
Hacı Çələbi xanın hakimiyyəti dövründə Şəki xanlığı Azərbaycanda ən güclü siyasi qurum idi. Bu xanlıq Azərbaycanın şimal-qərb torpaqlarının gürcü çarları tərəfindən işğalının qarşısını aldı. Hacı Çələbi xan Osmanlı dövləti ilə diplomatik əlaqələr saxlamış ilk Azərbaycan xanlarındandır. Hacı Çələbi xan quruculuq işləri apararaq Şəkidə məscid, mədrəsə və digər ictimai binalar tikdirdi. Vergi sistemini nizama saldı.