XVIII əsrin 30—40-cı illərində Azər-
baycanın təsərrüfat həyatı tənəzzülə
uğramışdı. Nadir şahın hakimiyyəti
dövründə apardan fasiləsiz müharıbə-
lər ölkənin iqtisadi vəziyyətinə mənfi
təsir göstərirdi. Digər tərəfdən bölgə-
Şəki üsyanı. 1741-ci ildə şəkililər Nadir şaha ərizə yazıb yerli hakim məlik Nəcəfin özbaşınalığından, vergilərin artırılmasından şikayətlənmişdilər. Nadir şah əhalini sakitləşdirmək üçün Şəkidə böyük nüfuzu olan Hacı Çələbini mahal üzrə vəkil təyin etdi. Hacı Çələbi məlik Nəcəfin əməllərinin qarşısını almağa çalışdı. Əvəzində məlik Nəcəf Hacı Çələbidən şaha şikayət etdi. Qəzəblənmiş Nadir şah onların ikisini də Dərbənd yaxınlığındakı düşərgəsinə, öz hüzuruna çağırdı və Hacı Çələbinin asılmasını əmr etdi. Hacı Çələbi isə cəsarətlə məlik Nəcəfin şahın təyin etdiyi vergiləri özbaşına artırdığını, bu yolla öz cibini doldurduğunu və xalqı şahdan narazı saldığını bildirdi. Şah Hacı Çələbinin sözlərinə inanıb onu bağışladı və hətta vəkillik səlahiyyətini artırdı.
Hacı Çələbinin bu hərəkətini necə qiymətləndirirsiniz? Nadir şahın bu sözləri onu necə xarakterizə edir?