1743-cü ilin sonunda özünü Səfəvi taxtının qanuni varisi kimi qələmə verən başqa bir şəxs — II Sam mirzə peyda oldu. O, Təbrizdə üsyana başçılıq etməyə cəhd göstərmiş, lakin tezliklə ələ keçirilib ifşa edilmişdi. Hakimiyyət dairələri onu ciddi rəqib saymayaraq azad buraxmışdılar. Uzun müddət sərgərdan həyat keçirdikdən sonra II Sam mirzə Dağıstanda özünə sığınacaq tapmışdı. Burada özünü Səfəvi sülaləsindən olan şahzadə kimi təqdim etmiş və əhalini buna inandıra bilmişdi.
Yalançı şahzadə qısa müddətdə ətrafına xeyli tərəfdar topladı. O, Qazıqumuqlu Surxay xanın oğlu ilə ittifaq bağlayaraq Şirvanda genişlənməkdə olan üsyana başçılıq etməyə başladı. Üsyançılar onun rəhbərliyi ilə Şirvanın mərkəzi olan Yeni Şamaxıya doğru irəlilədilər.
Üsyan bütün Şirvanı bürümüşdü. Nadir şahın üsyanı yatırmaq üçün gördüyü tədbirlər isə heç bir nəticə vermirdi. Şabranla Dərbənd arasında Nadir şahın qoşunu ilə üsyançıların şiddətli toqquşmaları oldu.
Üsyanın yatırılması. Osmanlı dövləti ilə müharibə aparan Nadir şah Şirvanda olan hadisələrin genişlənə biləcəyindən narahat idi. O, Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas qüvvələri Azərbaycandakı üsyanları yatırmağa yönəltdi. Nadir şahın oğlu Nəsrullah mirzə böyük bir qoşunla Şirvana gəldi.
1743-cü ilin sonlarında Nəsrullah mirzənin qoşunu üsyançılarla döyüşə girdi. Ağsu yaxınlığında baş vermiş döyüşdə II Sam mirzə məğlub olaraq Ağsu qalasına çəkildi və Nəsrullah mirzənin qoşununa müqavimət göstərməkdə davam etdi. Nəsrullah mirzə