1743-cü ildə Şirvanda Səfəvi sülaləsinə mənsub olduğunu iddia edən yalançı şahzadə meydana çıxdı. O özünü Səfəvi şahı Sultan Hüseynin oğlu I Sam mirzə elan etdi. I Sam mirzə az müddət ərzində öz ətrafına böyük dəstə toplaya bildi.
Tezliklə Nadir şaha qarşı birgə hərəkət etməyə söz verən Qazıqumuqlu Surxay xan da I Sam mirzənin düşərgəsinə gəldi. Onlar Yeni Şamaxıya — Ağsuya hücum edərək şəhəri tutdular. I Sam mirzənin Ağsuda həyata keçirdiyi ilk tədbir Nadir şah tərəfindən qoyulmuş vergiləri ləğv etmək oldu. Belə siyasət əhali içərisində I Sam mirzənin nüfuzunu daha da artırdı.
Tezliklə Nadir şah I Sam mirzəyə qarşı oğlu Nəsrullah mirzənin başçılığı altında nizami ordu göndərdi. Şamaxı yaxınlığında baş vermiş döyüşdə I Sam mirzə məğlub oldu.