Dövlətin şimaldan və cənubdan, eyni zamanda dənizdən təhlükəsizliyini təmin etmək lazım idi. Buna görə də Nadir şah İran körfəzində və Xəzər dənizində hərbi donanma yaratmaq qərarına gəlmişdi. Bu məqsədlə İngiltərə, Hollandiya və Rusiya ilə danışıqlar da aparmışdı.
Osmanlı dövləti ilə yeni müharibənin başlanması Nadir şahı dəniz donanması yaratmaq təşəbbüsünü təxirə salmağa məcbur etdi. Buna baxmayaraq, o bu təşəbbüsünü sonralar da davam etdirdi. Nadir şah donanma mütəxəssislərinin yetişdirilməsi, gəmiqayırma və top istehsal edən müəssisələrin inşa edilməsi üçün