Nadir şah vergi islahatı keçirərək, ilk növbədə, vergi toplanmasını qaydaya saldı. Aydın vəzifə bölgüsü, ciddi nəzarət və dəqiq hesablama sayəsində dövlətin gəliri az müddətdə xeyli artdı.
Nadir şah din xadimlərinin dövlət işlərinə müdaxiləsinin qarşısını aldı. O, eyni zamanda ruhani mövqeyindən istifadə edib özünə sərvət toplayan din xadimlərinə qarşı da barışmaz münasibət bəsləyirdi.
Mehman Süleymanov. “Nadir şah”, səh. 536.
Mənbə əsasında Nadir şahı tarixi şəxsiyyət kimi
qiymətləndirin.
Güclü ordu, qüdrətli dövlət. Nadir şahın hərbi səfərlərdə uğurlar əldə etməsinin səbəblərindən biri də onun güclü ordu yaratması idi. Nadir şah ordunun formalaşdırılmasında Səfəvi dövlətinə aid olan bir sıra xüsusiyyətləri qoruyub saxlamış, özü də bu işə bir sıra ciddi yeniliklər gətirmişdi. Onun ordusunun aparıcı hissəsini süvari qoşun təşkil edirdi, çünki hələ də dövrün hərbi əməliyyatlarında cəld və gözlənilməz hücumlar həlledici amil idi. Nadir şah dövründə yüngül artilleriyadan (zənburəklərdən)