Xalq azadlıq mübarizəsi. Ərazisi iki iri imperiya arasında bölüşdürülmüş Azərbaycan xalqı işğalçılara kəskin müqavimət göstərirdi. Mübarizənin passiv formaları vergi və mükəlləfiyyətləri ödəməkdən imtina, yaşayış yerlərini tərk etmək idi. Muğanda, Astarada və Bakıda işğalçılara qarşı çıxışlar baş vermişdi. Muğanda Rusiya işğalına qarşı mübarizəyə Salyan hakiminin dul qadını Fatimə xanım başçılıq edirdi.
1724-cü ildə Salyanda Rusiya əleyhinə, 1727-ci ildə isə Qarabağda Osmanlı hakimiyyətinə qarşı güclü üsyanlar oldu. Üsyanlar yatırılsa da, işğalın davam etdiyi müddətdə Azərbaycan əhalisinin müqaviməti səngimədi.
Dövlətlər |
İşğal edilmiş ərazilər |
Keçirilən tədbirlər |
Nəticə |
Rusiya imperiyası | |||
Osmanlı imperiyası |