Rusiya işğal etdiyi Xəzəryanı Azərbaycan torpaqlarına əlverişli xammal mənbəyi kimi baxırdı. Bununla belə, Rusiyanın bu torpaqlardan götürüləcək gəlirə bəslədiyi ümidin doğrulması üçün vaxt lazım idi. Burada qoşun saxlamaq isə böyük xərc tələb edirdi. Buna görə də I Pyotrun ölümündən sonra rus əyanları hakimiyyətdən Xəzəryanı Azərbaycan torpaqlarından əl çəkməyi tələb etməyə başladılar. Buna baxmayaraq, Rusiya hökuməti bu torpaqlardan birdən-birə getməyə ehtiyat edirdi, çünki rus qoşunu gedər-getməz osmanlılar Xəzəryanı torpaqları ələ keçirə bilərdilər.
1727-ci ildə Şamaxı yaxınlığındakı Nabur kəndində Rusiya və Osmanlı dövlətlərinin arasındakı sərhədi müəyyən etmək üçün saziş imzalandı.
Azərbaycan torpaqları Osmanlı hakimiyyəti dövründə. Hacı Davudun səlahiyyətlərini aşması və onunla Surxay xan arasında olan ziddiyyətlər nəticəsində Osmanlı dövləti Hacı Davudu Şirvan xanlığında hakimiyyətdən kənarlaşdırdı. Onun sabiq müttəfiqi, sonralar isə rəqibinə çevrilən Qazıqumuqlu Surxay xan Şirvanda hakimiyyət başına gətirildi.
Osmanlı hakimiyyəti altında olan vilayətlərdə əvvəlki inzibati ərazi bölgüsü kiçik dəyişikliklərlə saxlanılmışdı. Azərbaycan torpaqları vilayətlərə (əyalətlərə), vilayətlər sancaqlara, sancaqlar isə mahallara və nahiyələrə bölünürdü.
Vilayətlərdə hakimiyyət Osmanlı sərkərdələrinə məxsus idi. Sancaqbəyilər, mahal və nahiyə naibləri isə əsasən, yerli feodallardan təyin olunurdu.
Osmanlı hakimiyyəti dövründə Azərbaycanda aqrar münasibətlərdə ciddi dəyişiklik baş verməmişdi. Divan və xass torpaqları ümumi dövlət torpaqları adı altında