Rusiya özünün işğal dairəsində olan ərazilərində ticarətin inkişafı üçün hər cür vasitədən istifadə etməyə çalışırdı. I Pyotr Şirvanın xam ipəyini bir sıra Qərbi Avropa ölkələrinə, o cümlədən İngiltərə, Hollandiya, Fransa və Polşaya ixrac etmək fikrində idi.
Rus mütəxəssisləri Kür çayında gəmiçiliyin və balıqçılığın inkişafı məqsədilə tədbirlər hazırladılar. Cənubi Qafqazın və Şərqin başqa ölkələri ilə sıx iqtisadi əlaqə yaratmaqdan ötrü Rusiya hökuməti Kür çayının mənsəbində Peterburq kimi bir şəhər salmaq fikrində idi.
Nəyə görə I Pyotr ticarətin inkişafına böyük əhəmiyyət verirdi?