Azərbaycanın Xəzəryanı torpaq-
larında Rusiya, digər böyük bir his-
səsində isə Osmanlı dövləti öz üsuli-
idarəsini qurdu.
Rusiyanın Azərbaycanın Xəzəryanı torpaqlarında iqtisadi siyasəti. Rusiya dövləti Xəzərboyu Azərbaycan torpaqlarından həm iqtisadi, həm də hərbi-strateji məqsədlə istifadə etmək üçün xüsusi tədbirlər hazırlamışdı. Rusiyanı, ilk növbədə, Abşeronun neft quyuları, xüsusilə “ağ neft” maraqlandırırdı. Bakı qalasının alınmasından iki ay sonra ordu komandanlığında neft quyuları barədə xüsusi sənəd — “Reyestr”* tərtib edildi. Həmin sənəddə istifadədə olan neft quyuları, neftin daşınması, qiyməti və başqa məsələlərə dair təlimatlar vardı.
Rusiyanın hakim dairələrini xüsusilə xam ipək, pambıq, yun, təbii boyalar, tikinti materialları, metal və s. maraqlandırırdı. Bununla əlaqədar olaraq, bu yerlərin təbii sərvətlərini talayıb aparmaq məqsədilə xüsusi tədbirlər hazırlandı.
Nəyə görə I Pyotr ipəkçiliyin inkişafina böyük əhəmiyyət verirdi?