müqaviləsinə görə Səfəvi ərazisi
kimi tanınan Ərdəbil şəhərini də aldılar. Ərdəbil şəhərinin
alınması İstanbulda atəşfəşanlıqla qeyd edildi.
Beləliklə, Azərbaycanın böyük bir ərazisi Osmanlı dövlətinin
hakimiyyəti altına keçdi. Azərbaycanın Xəzərboyu əyalətləri isə
Rusiya dövlətinin hakimiyyətində qaldı.
1.
Səfəvi dövlətinin zəifləməsi hansı daxili və xarici
qüvvələrin fəallaşmasma təkan verdi?
2.
Hansı səbəblərə görə I Pyotr öz yürüşünü dayandırmalı
oldu?
3.
Osmanlıların Azərbaycanın bir sıra bölgələrini ələ
keçirməsini necə qiymətləndirirsiniz?
4.
Peterburq və İstanbul müqavilələrinin şərtlərini
müqayisə edin.
5.
Peterburq va İstanbul müqavilələrinin Azərbaycan üçün
nəticələrini şərh edin.
6.
Sizcə, na üçün Ərdəbil şəhərinin alınması İstanbulda
atəşfəşanlıqla qeyd edildi?
7.
Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri
müəyyən edin.