I Pyotrun
Xəzəryanı
vilayətlərə yürüşü
Osmanlıların ələ
keçirdiyi qalalar
Rus qoşunları-
nın ələ keçirdiyi
qalalar
Osmanlı qoşun-
larının yürüşləri
Rus qoşunlarının
yürüşləri
Rusiya ordusu
tərəfindən
alınmış şəhərləri
xəritədə göstərin.
işğal etdiyi Xəzərboyu əyalətlərin Rusiyaya ilhaq edilməsini
təsdiq etdi. Rusiya tərəfi isə Xəzərboyu torpaqlar istisna
olmaqla, Azərbaycanın böyük hissəsinin Osmanlı dövlətinə çatmasını
qəbul etdi. Şirvan osmanlıların himayəsi altında, Hacı Davudun
başçılığı ilə yarımmüstəqil xanlıq elan olundu.
1724-cü ildə Osmanlı qoşunu İrəvan şəhərini tutub,
Azərbaycanın cənubuna doğru irəlilədi. Naxçıvan və Ordubad, Xoy və
Mərənd şəhərləri də osmanlılar tərəfindən tutuldu. Osmanlı qoşunu
Təbrizə yaxınlaşdı, lakin təbrizlilər ciddi müqavimət göstərdilər.