Çar hakim dairələri 1723-cü ildə Peterburqda Səfəvi dövlətinin elçisi İsmayıl bəyi şahdan icazəsiz Xəzərsahili ərazilərin Rusiyaya ilhaq edilməsi barədə müqavilə bağlamağa məcbur etdilər. Rusiya əvəzində Səfəvi şahına öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərməyi öhdəsinə götürdü. Şah II Təhmasib “müqavilə”nin şərtlərini tanımadı.
Bununla belə, 1722—1723-cü illərdə Azərbaycanın Xəzərsahili torpaqları Rusiya tərəfindən işğal edildi.
İrəvan əhalisinin müraciəti hansı fikirləri yaradır? İrəvan əhalisinin mövqeyini bütün Azərbaycan əhalisinin mövqeyi hesab etmək olarmı? Təhlil edin.
1724-cü il İstanbul müqaviləsi. Rusiya ilə Səfəvi dövləti arasında müqavilə bağlandığı vaxtda Osmanlı qoşunu Azərbaycan ərazisinə daxil olub şərqə doğru hərəkət edirdi. Xəzərboyu əyalətlərdə rus qoşunları yerləşdiyi üçün toqquşma təhlükəsi yaranırdı. Türklərlə müharibəyə girmək istəməyən Rusiya Osmanlı imperiyasına Azərbaycan torpaqlarını bölüşdürməyi təklif etdi. Uzun danışıqlardan sonra 1724-cü ildə İstanbulda Rusiya ilə müqavilə imzalandı. Müqaviləyə əsasən, Osmanlı tərəfi Rusiyanın